Xəbərlər

BTRİB MMC-yə çevrilib

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişib.

Növbəti “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətə başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib. Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.

Bulvardakı pulsuz “WiFi”dan necə istifadə etmək olar?

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Rabitə işçilərinin “Sağlamlıq-2016” respublika spartakiadası çərçivəsində voleybol yarışlarına yekun vurulub

Azərbaycanda rabitənin yaradılmasının 135 illiyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin "Sağlamlıq-2016" respublika spartakiadası çərçivəsində 2 gün davam edən voleybol yarışlarına yekun vurulub.

“Bu günə qədər heç bir abunəçini xətdən ayırmamışıq”- Açıqlama

Xeberler.az portalı xəbər verir ki, senytabrın 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başladı. Bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq.

“BakuTel-2016” sərgi-konfransının keçirilmə vaxtı müəyyənləşdi

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən “BakuTel-2016” beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq. Açılış mərasimi 29 noyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi öz işini dekabr ayının 2-dək davam etdirəcək. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close