Press Reliz

“Pulsuz WiFi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə “Pulsuz WiFi” xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500.000) ötdü.
“Pulsuz WiFi” xidmətinin 500.000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.
Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.
Qeyd edək ki, ötən həftədən “Pulsuz WiFi”-ın sosial şəbəkədəki səhifəsində start verilən “500.000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.
Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da “Pulsuz WiFi” xidmətinin əhatə zonasına daxil ediləcək.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close