Press Reliz

Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir. Artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Jurnalistlərin binası genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

“İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” seçildi

“Baktelecom” uğurları sırasına daha birini əlavə etdi. Ötən ildən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başladığı “İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” nominasiyasında “Netty” Azərbaycan Milli İnternet Mükafatının qalibi oldu.

Baktelecom “İctimai İnternet” şəbəkəsini istifadəyə verdi

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı oldu.

Abunə haqlarının ödənişi ilə bağlı yenilik

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

“Baktelecom” “Bakutel-2016” sərgisində ən son yeniliklərini təqdim edəcək

29 noyabr - 2 dekabr tarixində Bakı Expo Centerdə keçiriləcək "Bakutel-2016" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında sərgi iştirakçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus pavilyonda “Baktelecom”un təqdim etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əmtəə nişanı və veb-saytını yenilədi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib. Bu gündən etibarən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "Baktelecom" əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimai yerlərdə pulsuz «WiFi» şəbəkəsi yaradır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır. Layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park ərazilərini ictimai “Wi-Fi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close