Şəhid Şəhriyar Qasımovun xatirə lövhəsinin açılışı oldu
Baktelecom-un tabeliyində fəaliyyət göstərən 411 saylı ATS-in qarşısında Şəhid Şəhriyar Qasımovun xatirə lövhəsinin açılışı olub. Açılış mərasiminə şəhidin ailə üzvləri də dəvət edilib, Vətən yolunda göstərdiyi şücaət və fədakarlığından bəhs edilib.
Qasımov Şəhriyar Vəzir oğlu 19.06.2017-ci ildən sözügedən ATS-də montyor vəzifəsində çalışıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu kimi ordu sıralarına könüllü yollanıb, 26 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şəhriyar Qasımovun əziz xatirəsini sonsuz sevgi və ehtiramla anırıq.