Çağrı Mərkəzi

Press-reliz

Əməkdaşımızın "Qaraheybət" faciəsində şəhid olan ailə üzvü anıldı

Bu gün Baktelecom-un əməkdaşları Tariyel və Simuzər Qaraisayevlərin "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı şəhid olmuş yaxın ailə üzvü kapitan Qaraisayev Teymur Ənvər oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilib.

Ziyarət zamanı helikopter qəzasında həlak olan bütün heyət üzvlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, yaralılara şəfa arzulanıb.

Daha sonra şəhid hərbçinin anım mərasiminə qatılan Baktelecom kollektivi onun yaxınlarına səbir diləyib, ailəsinə daim dəstək olacaqlarını bildiriblər. 

Baktelecom şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailələrinə qayğı və diqqətin göstərilməsi istiqamətində tədbirlərini davam etdirəcək.

  

  

 

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək