Xəbərlər

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

11-15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə "Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti"adlı tədbir keçirilib.

Tədbirdə dövlət və biznes strukturlarının, təşkilatların, eləcə də, fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat verilib.

Həmçinin, "AZCLOUD" bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı qonaqlara kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan "Trend Micro"nun həlləri də nümayiş etdirilib.

Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Təqdim edilən məhsullardan biri də buludda tez və asan – Rezervlənmə xidmətidir. Belə ki, məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.

Qeyd edək ki, "Kibertəhlükəsizlik həftəsi"nin  əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı və milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsidir. Bunlarla yanaşı, bu sahədə aparılan islahatlar dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində bilik və təcrübə mübadiləsi nəzərdə tutulur.

   

   

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close