Xəbərlər

“Caspian Business Award 2018”in təqdimat mərasimi keçirilib

2018-ci il dekabrın 20-də Yeni il ziyafəti və “Caspian Business Award 2018” beynəlxalq mükafatının təqdimetmə mərasimi təşkil olunub.

“Caspian European Club”dan verilən məlumata görə, tədbirdə çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və IT texnologiya, maliyyə-kredit sistemi, KİV və sair kimi bir çox sahələrini əhatə edir.

“Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib”, - deyə T.Əliyev söyləyib.

Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların, “Caspian European Club”un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Caspian Business Award 2018” tədbirinin sponsorları “SOCAR Azneft” İB, “SOCAR Petroleum” QSC, “Meqa Sığorta” ASC və “AzInTelekom” MMC-dir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

“Caspian Business Award 2018” mükafatının nominasiyalar üzrə “SOCAR Azneft” İB “İlin neft-qazçıxarma birliyi”, “SOCAR Petroleum” QSC “Elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən ilin şirkəti”, “Meqa Sığorta” ASC “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti”, “Smart Systems Technology” MMC “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti”, “Worleyparsons Europe Ltd” (Azərbaycan üzrə filial) “BP şirkətinin Azərbaycanda, Gürcüstanda və Türkiyədə əməliyyatları üçün planlaşdırma, maddi və texniki təchizat, tikintinin idarə edilməsı sahəsində göstərdiyi xidmətlərə görə ilin şirkəti”, “AzeriCard” MMC “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti”, “Ziraat Bank Azərbaycan” “İlin bankı”, “Qala Həyat” sığorta şirkəti “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə”, “Alliance Assist Group” MMC “Tibbi assistanlıq və tibbi turizm sahəsində ilin şirkəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “SİNAM” MMC “İlin layihəsi – ASAN viza”, “ASE Express & OCS, DSV” şirkəti “İlin logistika şirkəti”, “Azlegal Consultancy International Services” (ALCIS) “Beynəlxalq standartlarına uyğun xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə ilin şirkəti” adına layiq görülüb.

Həmçinin qaliblər sırasında “Bon Accord Engineering Supplies (Caspian) Ltd” “Regionda boru məhsullarının təchizatı üzrə aparıcı lider”, “Ləzzət Qida Sənaye” MMC “2018-ci ildə Azərbaycanın ən çox investisiya qoyulan bölgəsi Naxçıvan Muxtar Respublikasında müasir texnologiyaların qida sənayesində tətbiqinə görə ilin şirkəti”, “AzInTelekom” MMC “İlin ən proqressiv IT şirkəti”, “Aztelekom” İB” “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”, “Baktelecom” “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi”, “R.I.S.K” şirkəti “İnnovativ proqram təminati istehsalı və ixraci üzrə ilin şirkəti”, “Lenovo” şirkəti “Azərbaycanda ilin ən sürətlə inkişaf edən IT Vendoru”, “Times Consulting” “İlin reklam agentliyi”, “Debet Uniform” şirkəti “Keyfiyyətli məhsul və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”, “Yagmur-2” MMC “Kənd Təsərrüfatı sahəsində Müasir Suvarma Sistemlərinin tətbiqinə görə ilin şirkəti”, “Prosys” MMC “Hazırladığı proqram təminatı məhsullarına və dövlət orqanlarında tətbiq etdiyi İKT layihələri üzrə ilin şirkəti”, “AsProf” şirkətlər qrupu “İlin dinamik inkişaf edən müasir şirkəti”, “Iteca Caspian” LLC “İlin sərgi təşkilatçisi şirkəti” adını qazanıb.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close