Xəbərlər

Bu il üçün telekommunikasiya sahəsi üzrə proqnoz dərc edilib

Biznes proseslərinin optimallaşdırılması və iritutumlu məlumatların (Big Data) emalı üçün dünyanın ən böyük proqram təminatı istehsalçısı “Software AG” şirkəti 2019-cu il üçün telekommunikasiya sahəsinin inkişafı üzrə proqnoz təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin fikrincə, operatorlar daha aktiv olmalıdır, çünki onların başlıca rəqabətli üstünlükləri olan şəbəkə qoşulmalarının mərkəzləşdirilmiş idarəetmə texnologiyaları, yüksək keyfiyyətli mobil rabitə və mobil internetə çıxış, geniş ərazi əhatə dairəsi tədricən adi xidmət parametrlərinə çevrilir.

Məlumata görə, rabitə xidmətləri tədarükçüləri ilk növbədə sifarişçilərə kontentin alınması, saxlanılması və emalı ilə əlaqədar xidmətlər göstərməyə başlayacaqlar. Bunun üçün yeni kommunikasiya və tərəfdaş kanalları əhatə edən yeni biznes modellərinə tələbat artacaq.

Ekspertlərin proqnozlarına görə, tezliklə bütün rabitə xidmətləri tədarükçüləri “Əşyalar interneti” (Internet of Things, IoT) platformalarını xidmət şəklində (IoT as a Service, IoTaaS) təqdim etməyə başlayacaqlar və bu platformaları sifarişçilərin fəaliyyət göstərdiyi sahələrə və onların sahə üzrə tələbatlarına uyğunlaşdırmaq mümkün olacaq.

Rabitə xidmətləri tədarükçüləri şəbəkələri vasitəsilə yalnız öz sifarişçilərinə xidmətlərin göstərildiyi qapalı İT arxitekturaların istifadəsindən imtina edərək açıq arxitekturalı və standartlaşdırılmış tətbiqi proqramlaşdırma interfeysləri vasitəsilə çıxışa malik platformalara üstünlük verəcəklər.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close