Baktelecom-da 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib
Baktelecom-da Azərbaycan rabitəsinin 140 illiyi münasibətilə bu sahədə 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib. Tədbirdə rabitə sahəsinin inkişafında böyük əməyi olan işçilərin rolu xüsusi vurğulanıb. Rabitəçilərin xatirələri dinlənilib, onların peşə fəaliyyətindəki fədakarlığından söz açılıb.
Görüş zamanı təqaüd yaşına çatmış qocaman işçilərə təqaüdə çıxmaqları münasibətilə rabitə sahəsindəki məhsuldar fəaliyyətlərinə görə Baktelecom tərəfindən təsis edilən Təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib. Təqaüdçü əməkdaşlar illər ərzində rabitə sahəsindəki əməklərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Baktelecom bu il ərzində Azərbaycan rabitəsinin 140 illiyinə həsr olunmuş silsilə tədbirlərini davam etdirəcək.