Çağrı Mərkəzi

Press-reliz

Baktelecom Jurnalistlər binasının sakinlərini avqust ayının abunə haqlarından azad etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Milli Mətbuat Günü münasibəti ilə telekommunikasiya xidmətlərini təqdim etdiyi Jurnalistlər binasını növbəti ayın abunə haqlarından azad etdi.
Yeni Salyan yolu, 22 ünvanında yerləşən Jurnalistlər binasının sakinləri avqust ayında telefon, internet və televiziya xidmətlərinə görə ödəniş etməyəcəklər.
Baktelecom Azərbaycan milli mətbuatının 146 illiyi münasibəti ilə media mənsublarını təbrik edir, istər 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında, istərsə də ictimai həyatda jurnalistlərin əzmkarlığını yüksək qiymətləndirir, hər birinə peşə fəaliyyətində uğurlar arzu edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı ilə tikilmiş və jurnalistlərin istifadəsində olan yaşayış binalarında “Baktelecom” tərəfindən genişzolaqlı optik şəbəkə qurulub, müasir standartlarla telekommunikasiya xidmətləri təqdim edilir.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close