Xəbərlər

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşkilatın  Şurasına yeni müddətə üzv seçilmiş Azərbaycan Şuranın ilk illik iclasında iştirak edir.

Sessiya iyunun 10-da Cenevrə şəhərində öz fəaliyyətinə başlayıb. Şura BTİ-nin 2020-21-ci illər üçün fəaliyyət və maliyyə planları, müvafiq sənədləri, görülmüş işlər barədə hesabatları və digər məsələlər üzrə qərarlar qəbul edəcək.

Azərbaycana göstərilmiş etimada görə minnətdarlığını bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirakçılara ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı barədə məlumat verib.

Ölkəmizin nümayəndə heyəti sessiya çərçivəsində müzakirələrdə fəal iştirak edərək tədbirin gündəliyində yer alan müxtəlif məsələlərə dair münasibətlərini bildirirlər.

Sessiya öz işini iyunun 20-dək davam etdirəcək.


Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close