Press Reliz

Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

Artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.

Hazırda daha çox insana xidmət göstərmək məqsədi ilə tələbata uyğun olaraq yeni xətt qurğularının tikintisi aparılır.

Yaxın zamanda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu omayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq.

Artıq, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

“Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam etdirəcək.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close