AİK – Ayrılmış internet kanalıdır. Baktelecom ayrılmış internet kanalı vasitəsilə Bakı şəhərində texniki infrastrukturun mövcud olduğu istənilən əraziyə yüksəksürətli və keyfiyyətli internet təmin edə bilir.
1. AİK fiber optik xətləri vasitəsilə təmin olunur. Fiber optik xətləri torpağın altı ilə çəkildiyindən hava şəraitində baş verən dəyişikliklərə və digər fiziki zədələrə məruz qalmır. Beləliklə də, abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s.kimi problemlərlə üzləşmir; 2. AİK istifadəçiləri ADSL istifadəçiləri ilə müqayisədə daha yüksək sürətlər əldə edə bilir; 3. ADSL asimmetrik, AİK isə simmetrik texnologiyadır. Yəni ADSL internetdə yükləmə sürəti (download) ötürmə sürətindən (upload) daha yüksək olur. AİK internetdən istifadə zamanı isə yükləmə sürəti ilə, ötürmə sürəti eyni olur ki, bu da videomüşahidə kameralarının, IP telefoniyanın, IPTV-nin daha rahat və kəsintisiz işləməsinə imkan yaradır; 4. AİK-in bazası müştərinin məkanına yaxın ərazidə yerləşdirildiyindən məsafə uzaqlığı problemi yaranmır;
AİK və "Evədək Optika" internet xidmətləri hər ikisi fiber optik xətləri üzərindən təmin olunur. "Evədək optika" internet xüsusi kabelləşdirilən binalarda, AİK isə Bakı şəhərində texniki infrastrukturun mövcud olduğu istənilən ərazidə fərdi və korporativ müştərilərə təmin edilir.
Şirkətimizin http://baktelecom.az/ vebsaytından onlayn və ya Rabitə Xidmətləri Mərkəzlərinə, ATS-lərə, eləcə də "Şəbəkə" xidmət mərkəzlərinə müraciət edərək AİK xidmətinə qoşulmaq olar.
Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Ödəniş müqaviləyə əsasən ilk ay üçün qoşulma zamanı, sonrak aylarda isə hər ayın 5-ə qədər tam ödənilməlidir.
Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qalan günlər üçün ödəniş etmək lazımdır.
Ödəniş üsulları: GoldenPay, Hesab.az, easypay, kassam.az, e-gov.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə BTRİB-in Telefon Qovşağlarında ödəyə bilərsiz.
Bəli. Baktelecom AIK istifadəçilərini Statik IP ilə təmin edə bilər.
Statik IP və tarifi barədə məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun. https://www.baktelecom.az/statik-ip
Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (http://baktelecom.az/elaqe/ və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.
2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.
Baktelecom ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün BTRİB-in Telefon Qovşaqlarına və ya "Şəbəkə" mərkəzlərinə 1 ay öncədən ərizə ilə müraciət etmək lazımdır.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.