Çağrı Mərkəzi

Istifadə qaydaları

“Ictimai internet”ə ilk dəfə qoşulmaq istəyən istifadəçi təhlükəsizlik tədbirləri ilə əlaqədar cihazını qeydiyyatdan keçirməlidir. Növbəti qoşulma zamanı qeydiyyatdan keçmək lazım olmur. Qeydiyyat aşağıdakı qaydada həyata keçirilir:

-> İstifadəçi mobil telefon, notebook, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelecom” şəbəkəsini seçir.

-> İstifadəçi İstifadə qaydalarını oxuyub razılaşdıqda, xanada təsdiq işarəsini qeyd edir, açılan “+994” xanasına öz mobil telefon nömrəsini yazır və “Next” düyməsini vurur. Bundan sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir.

-> İstifadəçi şifrəni “Enter code” xanasına daxil edərək, “Next” düyməsini vurur. Daha sonra yeni açılan pəncərədə “Connect” düyməsinə vuraraq, internetə qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

Əgər cihazın əməliyyat sistemi İstifadəçini avtomatik olaraq giriş səhifəsinə yönləndirmirsə, cihazdakı hər hansı browser-də istənilən sayta daxil olmaq lazımdır. Bu zaman istifadəçi captive portalda login səhifəsinə yönəldiləcək.

Qeyd: Cihazın wi-fi interface-ində statik IP ünvan olduğu halda qoşulma baş vermir. Qoşulma zamanı dinamik IP ünvan olması şərtdir.

 

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close