Yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) əsasında müştəri ilə müqavilə bağlanır.
Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.
IP telefoniyanın tarifləri haqqında məlumatı https://www.baktelecom.az/tarifler-12 linkindən əldə edə bilərsiniz.
Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər tam ödənilməlidir.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya "Şəbəkə" xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.
Texniki dəstək almaq üçün siz "Baktelecom"un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.