IP telefoniya adi telefon ilə internetin xüsusiyyətlərini birləşdirməyə imkan verən texnologiyadır. Siqnal əlaqə kanalı vasitəsilə rəqəmsal formada ötürülür. Şirkətlər Baktelecom-a müraciət etməklə, öz daxili IP telefon şəbəkəsini qura bilər. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür. Baktelecom Bakı şəhərində IP telefoniya üzərindən Video telefon xidmətləri də göstərir. Video telefon vasitəsilə söhbət edən tərəflər real zamanda bir-birini görə və eşidə bilərlər.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.