Press Reliz

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

“Baktelecom” milyonuncu istifadəçisini mükafatlandıracaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz WiFi” xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.
“Baktelecom” istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə növbəti “Milyonuncu ol, noutbuku sən apar” sloqanlı hədiyyə kampaniyasını elan edib. Beləliklə, “Pulsuz WiFi” şəbəkəsindən istifadə edən 1 milyonuncu istifadəçi noutbuk qazanmaq şansı əldə edəcək.
Qeyd edək ki, ötən ay “Pulsuz WiFi” xidmətinin 500.000-ci istifadəçisi “Baktelecom” tərəfindən mobil telefonla mükafatlandırılmışdı.
Məlumat üçün bildirək ki, “Pulsuz WiFi” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz WiFi” xidməti ilə təmin ediləcək.

milyonuncu

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close