Çağrı Mərkəzi

Xidmət haqqında

“Bakı Telefon Rabitəsi” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2017-ci ilin mart ayından etibarən Bakı şəhərinin mərkəzi parklarını “İctimai İnternet” şəbəkəsi ilə təmin edir. Artıq paytaxt sakinləri və şəhərimizin qonaqları pulsuz internetdən uğurla istifadə edə bilirlər. Parkların ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” və “ZTE” şirkətlərinin zəruri avadanlıqları (Access Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq, proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib. Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanması və təhlükəsizlik tədbirləri də nəzərə alınaraq, sürət həddi və saat limiti beynəlxalq standartlara əsasən müəyyənləşdirilib.
“Bakı Telefon Rabitəsi” MMC davamlı olaraq daha geniş kütləyə xidmət göstərmək məqsədilə ilin sonuna qədər bir sıra parkları da pulsuz internetlə təmin etməyi nəzərdə tutur.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close