Haqqımızda

1881-ci ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib.
Haqqımızda

1881-ci ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. 1886-cı ildə Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olub.

2001-ci il may ayının 10-da BTRİB-in nəzdində ilk dövlət internet provayderi olan – “Bakİnternet” yaradılıb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radiorabitə və digər müasir telekommunikasiya xidmətləri göstərir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin göstərdiyi əsas telekommunikasiya xidmətləri ən son yeni nəsil şəbəkə texnologiyası əsasında yüksək standartlara uyğun səviyyədə təşkil edilib.

Hazırda müasir telefon rabitəsi xidməti üzərindən 50-dən çox servis və multimedia xidmətləri göstərilir.

Bunlara zəng  zamanı nömrənin təyin olunması, telefon xətti məşğul olan zaman daxil olan yeni zəng haqda bildiriş, konfrans rabitə, çıxış zənglərinin məhdudlaşdırılması, qısaldılmış yığım, yönləndirmə kimi  xidmətlər daxildir.

İPTV, videotelefon, İP Consol, İAD və s. kimi xidmətləri isə multimediya  xidmətlərinə aid etmək olar. Abunəçi adi telefon xəttindən istifadə etməklə, videogörüntülü rabitə xidmətinə də qoşula bilər. Bu zaman hər iki abunəçi bir-birini görə və eşidə bilir. İAD avadanlığından istifadə edərək fiziki xətt vasitəsilə 4-dən 32-yə qədər telefon nömrəsi abunəçinin istifadəsinə verilə bilər.

Bundan başqa, abunəçinin telefon xətti ilə genişzolaqlı yüksəksürətli ADSL internet xidmətindən istifadə etmək imkanları vardır. Bu xidmətdən istifadə edən hər bir abunəçi qlobal şəbəkəyə yüksəksürətli internet vasitəsilə qoşula bilər.

2005-ci ilin oktyabr ayından başlayaraq BTRİB abunəçilərə CDMA (Code Division Multiple Access) simsiz rabitə xidmətlərini də göstərir. CDMA şəbəkəmiz  Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və rouminq sayəsində CDMA abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərilir.

BTRİB-in strukturuna Telefon Qovşaqları (Yasamal, Sabunçu, Xəzər, Xətai, Nizami, Qaradağ Telefon Qovşaqları və Az-Evro Tel MMC), Bakı Avtomat Telefon Qovşağı, Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsi, “Azərrabitəlayihə” Layihə Axtarış Kontoru, Bakı Kabel Qovşağı, Bakİnternet internet provayderi kimi qurumlar daxildir.

2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olundu və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan etdi.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close