Telefon xidməti üzrə ödənişi həyata keçirmək üçün Elektron hökumət portalına daxil olursunuz. Açılan pəncərədə Sahələr bölməsinin Online ödənişlər altbölməsinə keçid edirsiniz.
Online ödənişlər drop-daun menyusundan Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi bölməsinə daxil olursunuz.
Burada Stasionar telefonlar menyusundan Baktelecom-u seçirsiniz.
Daha sonra telefon və ya müqavilə nömrəsini daxil edirsiniz.
Növbəti səhifədə abonentin məlumatları açılacaq. Məlumatların doğruluğunu yoxladıqdan sonra növbəti səhifəyə keçə bilərsiniz.
Növbəti səhifədə borcunuzun olduğu bəndi seçərək, davam edirsiniz.
İrəli komandasını verdikdən sonra məbləği və ödəniş üsulunu seçərək, davam edirsiniz.
Növbəti addımda artıq ödəniş kartı məlumatlarınızı daxil edərək, ödənişi həyata keçirə bilərsiniz.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.