IPTV xidməti üzrə ödənişi həyata keçirmək üçün Elektron hökumət portalına daxil olursunuz. Açılan pəncərədə Sahələr bölməsinin Online ödənişlər altbölməsinə keçid edirsiniz.
Online ödənişlər drop-daun menyusundan Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi bölməsinə daxil olursunuz.
Burada TV provayderlər menyusundan Baktelecom-u seçirsiniz.
Daha sonra telefon nömrəsi və ya müqavilə nömrəsini daxil edirsiniz.
Növbəti səhifədə abonentin məlumatları açılacaq. Məlumatların doğruluğunu yoxladıqdan sonra növbəti səhifəyə keçə bilərsiniz.
Daha sonra məbləği seçərək davam edirsiniz.
Növbəti addımda artıq ödəniş kartı məlumatlarınızı daxil edərək, ödənişi həyata keçirə bilərsiniz.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.