İnternet xidməti üzrə ödənişi həyata keçirmək üçün Elektron hökumət portalına daxil olursunuz. Açılan pəncərədə Sahələr bölməsinin Online ödənişlər altbölməsinə keçid edirsiniz.
Online ödənişlər drop-daun menyusundan Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi bölməsinə daxil olursunuz.
Burada İnternet provayderlər menyusundan Baktelecom-u seçirsiniz.
Daha sonra internet xidmətinə bağlı telefon nömrəsi varsa (ADSL internet və ya GPON və LTE xidmətləri üzrə həmçinin telefon xidmətindən istifadə edirsinizsə), telefon nömrəsini, əks halda müqavilə nömrəsini daxil edirsiniz.
Növbəti səhifədə abonentin məlumatları açılacaq. Məlumatların doğruluğunu yoxladıqdan sonra növbəti səhifəyə keçə bilərsiniz.
Bu səhifədə sizə internet borcunuz barədə məlumat göstərilir.
Növbəti səhifədə ödəmək istədiyiniz məbləği daxil edirsiniz.
İrəli komandasını verdikdən sonra məbləği və ödəniş üsulunu seçərək davam edirsiniz.
Növbəti addımda artıq ödəniş kartı məlumatlarınızı daxil edərək, ödənişi həyata keçirə bilərsiniz.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.