Press Reliz

“Baktelecom” “Bakutel-2017” sərgisində ən son yeniliklərini təqdim edəcək

“Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının ziyarətçiləri Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus pavilyonda bu il də “Baktelecom”un təqdim etdiyi yeniliklərlə tanış olacaqlar.
Sərgi iştirakçıları “Baktelecom”un əlavə avadanlıq olmadan abunəçilərə eyni infrastruktur üzərindən təklif etdiyi telefon rabitəsi, internet və rəqəmsal televiziya xidməti haqqında, eyni zamanda texnologiyanın üstünlüklərinə dair geniş məlumat əldə edəcəklər. Qeyd edək ki, hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində isə bu göstəricinin 100 min civarında müəyyənləşəcəyi gözlənilir.
Eyni zamanda “Baktelecom” tərəfindən paytaxtda 4-cü nəsil simsiz rabitə texnologiyasının tətbiqinə start verilib. Bu texnologiya artıq Bakının 2 kəndində pilot layihə şəklində həyata keçirilir. Texnologiyanın üstünlüklərindən faydalanaraq səs, internet və IPTV xidmətlərinin eyni zamanda təmin olunması mümkündür. Qarşıdakı ildə layihənin bütün Abşeron yarımadasını əhatə edəcəyi proqnozlaşdırılır.

Sərgi çərçivəsində ziyarətçilər genişmiqyaslı “İctimai İnternet” layihəsi üzrə həyata keçirilən işlər, şəbəkənin əhatə dairəsi və pulsuz internetdən istifadə qaydaları barədə məlumatlar əldə edə biləcəklər. Qeyd edək ki, istifadəyə verildiyi mart ayından etibarən pulsuz “wi-fi” xidmətinə qoşulma sayı artıq 2 milyona çatıb. Məlumat üçün bildirək ki, Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “wi-fi zonası” məhz Azərbaycandadır.
Sərgi iştirakçılarının “Baktelecom”un fərdi və korporativ müştərilər üçün nəzərdə tutulmuş xidmətlər paketi, güzəştli tariflər haqqında dolğun informasiya əldə etmək imkanı da yaranacaq.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close