Elanlar

Tender

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Lot 1 – GPON avadanlığının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən LOT üzrə tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə 1000 (bir min) manat məbləğində iştirak haqqını sifarişçinin hesablaşma hesabına köçürdükdən sonra “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

VÖEN: 9900044741, hesab: AZ14AZPO91015461200420100157,
bank: Azərpoçt MMC PF 1, kodu: 691011, bankın VÖENi: 9900037711,
m/h: AZ76NABZ01350100000000094944, S.W.İ.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər 14 mart 2017-ci il saat 17:00-dək aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bankdan arayış;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.
İddiaçılar tender təklifini və bank təminatını 29 mart 2017-ci il saat 17:00-a qədər “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender proseduru 30 mart 2017-ci il saat 15:00-da “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Alpay Kərimov tel: (+994 12) 598 76 99

Tender Komissiyası

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close