Press Reliz

“Sağlamlıq-2016” spartakiadasında “Dama” oyunlarına yekun vurulub

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar “Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadası davam edir.

Spartakiada çərçivəsində keçirilən “Dama” oyunlarına yekun vurulub.

İlkin mərhələdə hər birində 4 komanda, hər komandada 3 nəfər olmaqla A və B qrupları arasında yarış keçirilib.

Final mərhələsində A qrupundan “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzinin (MHM), B qrupundan isə Dövlət Radiotezliklər İdarəsi (DRİ) və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) komandaları yarışıblar.

Yekun mərhələyə vəsiqə qazanmış komandalar turnirin birinci yeri uğrunda mübarizəni dairəvi sistem üzrə davam ediblər.

Beləliklə, ”Dama” oyunu üzrə gərgin mübarizə şəraitində yarışan 8 komanda arasında fərqlənən BTRİB-in komandası DRİ-nin komandasını 2:1 hesabı ilə məğlub edərək 1-ci yerin qalibi olub.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close