Press Reliz

“Pulsuz WiFi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz WiFi” xidmətindən istifadə edənlərin sayı 1 milyonu ötdü.
Beləliklə, ötən həftədən “Baktelecom” tərəfindən elan edilən “Milyonuncu ol, noutbuku sən apar” kampaniyasının qalibi də müəyyənləşib. Noutbukun sahibi Orxan Cabarov olub.
Qeyd edək ki, 1 ay öncə “Baktelecom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Pulsuz WiFi” xidmətinin 500.000-ci istifadəçisi mobil telefonla mükafatlandırılmışdı.
Məlumat üçün bildirək ki, bu həftə pulsuz wifi zonalarının sırasına daha biri əlavə edildi. Artıq, “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (Fashion Avenue) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.
Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz WiFi” xidmətinin əhatə dairəsinə daxil ediləcək.
Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər pulsuz wifi xidmətindən yararlana bilərlər.

DSC_6654

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close