Xəbərlər

Ölkəmiz Barselonada keçirilən Mobil Dünya Konqresində təmsil olunub

jhyhregt43rf400
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti “GSMA” Mobil Dünya Konqresində iştirak etmək məqsədilə İspaniya Krallığının Barselona şəhərində səfərdə olub.

“GSMA” Mobil Dünya Konqresi dünyanın bir çox ölkəsindən dövlət və özəl sektor nümayəndələrini, tənzimləyici qurumları, habelə sahəvi beynəlxalq təşkilatları bir araya toplayaraq, mobil rabitə sektoru üzrə əsas inkişaf istiqamətləri və yeni tendensiyalara dair müzakirələrin aparıldığı platforma rolunu oynayır.

10 ildir kı, Barselona şəhərində baş tutan konqres çərçivəsində Nazirlər Proqramı, Mobil Dünya Sammiti, sərgi, konfrans və bir sıra seminarlar keçirilir.

Tədbir zamanı nazir Ramin Quluzadə Nazirlər Proqramında iştirakla yanaşı, bir sıra qlobal telekommunikasiya şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı tədbirdə təqdim olunan yeni texnologiyalar, onların ölkəmizdə tətbiqi imkanlarının araşdırılması, dünyanın texnologiya nəhəngləri ilə əməkdaşlıq və ölkəmizin İKT sektoruna investisiyanın cəlb olunması kimi məsələlər müzakirə olunub.

GSMA Mobil Dünya Konqresinin konfrans hissəsi mobil rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoruna aid müxtəlif mövzuları (5G, mobil pul, mobil marketinq və reklamçılıq, əşyaların interneti, fərdiləşmə və tələb-təklif iqtisadiyyatı, qrafen inqilabı, yeni təhlükəsizlik paradiqmaları, humanitar bağlantı və mobil sənaye, geyiniləbilən texnologiyalar, şəbəkə təhlükəsizliyi, ağıllı şəhərlər, innovativ həllər və s.) əhatə edib.

Müvafiq sessiyalarda “AT&T”, “China Telecom”, “Deutsche Telecom”, “Facebook”, “Google”, “HP”, “IBM”, “Microsoft”, “Cisco”, “Ericsson”, “Etisalat Group”, “Intel”, “Huawei”, “Nokia”, “MTS”, “Orange”, “PayPal”, “Philips”, “Samsung”, “Turkcell”, “Vodafone” və s. kimi nəhəng şirkətlərin rəhbərləri məruzəçi qismində çıxış edib.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close