İnternet təminatında fasilə
Hörmətli istifadəçilər!
Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq. Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər. Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik.