Press-reliz

“BTR” MMC simsiz rabitə (LTE) texnologiyasını istismara verir

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Bakı ətrafı və dənizkənarı ərazilərdə son nəsil simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasını istifadəyə verir.

İlkin mərhələdə  rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilməsinə başlanılıb.  

“Baktelecom” tərəfindən mərhələli şəkildə bir sıra paytaxt ətrafı kəndlərdə və yaşayış massivlərində yeni stansiyalar qurulur. Layihə çərçivəsində “LTE” şəbəkəsinin baza stansiyalarının sayı daha da artırılacaq ki, bu da yay mövsümünə qədər qeyd olunan ərazilərdə sakinlərin telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradacaq.

 “LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərinə qoşulmaq istəyən vətəndaşlar texnologiyanı dəstəkləyən cihazları əldə etməlidir. 

Qeyd edək ki, IP texnologiyaları əsasında çalışan LTE  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. 

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close