Çağrı Mərkəzi

Telefon Rabitəsi - 140 il

Baktelecom-da 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib

Baktelecom-da Azərbaycan rabitəsinin 140 illiyi münasibətilə bu sahədə 40 ildən çox çalışmış əməkdaşlarla görüş keçirilib. Tədbirdə  rabitə sahəsinin inkişafında böyük əməyi olan işçilərin rolu xüsusi vurğulanıb. Rabitəçilərin xatirələri dinlənilib, onların peşə fəaliyyətindəki fədakarlığından söz açılıb.
Görüş zamanı təqaüd yaşına çatmış qocaman işçilərə təqaüdə çıxmaqları münasibətilə rabitə sahəsindəki məhsuldar fəaliyyətlərinə görə Baktelecom tərəfindən təsis edilən Təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib. Təqaüdçü əməkdaşlar illər ərzində rabitə sahəsindəki əməklərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.  
Qeyd edək ki, Baktelecom bu il ərzində Azərbaycan rabitəsinin 140 illiyinə həsr olunmuş silsilə tədbirlərini davam etdirəcək.

  

  

  

 

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close