Servislər

Servis Təsvir Aktivləşdirmə/Deaktiv etmə
CFU (Call Forwarding-Unconditional) Gələn Zənglərin Şərtsiz Yönləndirilməsi Bu servisi seçdiyiniz halda telefonunuza gələn bütün zənglər istədiyiniz nömrəyə yönləndirilir Qeydiyyat və Aktivləşdirmək üçün: *62 + yönləndirmək istədiyiniz nömrə + “Yes” düyməsi;
Ləğv etmək üçün: #62 + “Yes” düyməsi;
CFNA (Call Forwarding-No Answer) Telefona Cavab Verilmədikdə Zəngin Yönləndirilməsi Bu servisi seçdiyiniz halda telefona gələn zəngə cavab verilmədikdə zəng istədiyiniz nömrəyə yönləndirilir Qeydiyyat və Aktivləşdirmək üçün: * 61 + yönləndirmək istədiyiniz nömrə + “Yes” düyməsi;
Ləğv etmək üçün: # 61 + “Yes” düyməsi;
CFB (Call Forwarding-Busy) Telefon Məşğul Olduqda Yönləndirmə Bu servisi seçdiyiniz halda telefonunuz məşğul olduğunda gələn zənglər istədiyiniz nömrəyə yönləndirilir Qeydiyyat və Aktivləşdirmək üçün: *67 + yönləndirmək istədiyiniz nömrə + “Yes” düyməsi;
Ləğv etmək üçün: # 67 + “Yes” düyməsi;
CFD (Call Forwarding-Default) Telefonun Cari Vəziyyətə görə Yönləndirilməsi Bu servisi seçdiyiniz halda telefonunuza gələn zənglər telefon məşğuldursa, söndürülübsə və ya zəngə cavab vermirsinizsə, sistem tərəfindən avtomatik olaraq, istədiyiniz nömrəyə yönləndirilir Qeydiyyat və Aktivləşdirmək üçün: *63 + yönləndirmək istədiyiniz nömrə + “Yes” düyməsi;
Ləğv etmək üçün: *630 + “Yes” düyməsi;
Yönləndirmə servislərinin hamısını ləğv etmək üçün: *730 + “Yes” düyməsi;
CW (Call Waiting) Xətdə gözlətmə Bu servisi seçdiyiniz halda telefonunuz məşğul olduğunda gələn zənglər xətdə gözlədilir və “Yes” düyməsinə vuraraq gözlədilən şəxslə əlaqə qurursunuz Aktivləşdirmək üçün: *43 + “Yes” düyməsi;
Ləğv etmək üçün: #43 + “Yes” düyməsi;
Müvəqqəti ləğv etmək üçün: #70 + yığdığınız nömrə + “Yes” düyməsi;
CNIP (Calling Number Identification Presentation) Nömrə Təyinetmə Bu servisi seçdiyiniz halda sizə zəng edən şəxslərin nömrəsi ekranda göstərilir
CC (Conference Call) Konfrans danışıq Bu servisi seçdiyiniz halda 32 nəfərə qədər şəxslə eyni anda danışmaq mümkündür. Eyni anda danışacağınız abunəçi sayı sizin istəyinizlə sistemdən seçilir Konfans danışığa nömrə əlavə etmək üçün: *81 + yığdığınız nömrə + “Yes” düyməsi;
Konfrans danışıqdan nömrə çıxarmaq üçün: #81 + yığdığınız nömrə + “Yes” düyməsi;
SPINA (Subscriber PIN Access) Kod ilə Çıxış Zənglərinin Bağlanması Bu servisi seçdiyiniz halda telefonunuzun çıxış zənglərini istədiyiniz vaxt PIN kodu ilə bağlayıb-aça bilərsiniz Qeydiyyat üçün: *33 + “Yes” düyməsi;
Aktivləşdirmək üçün: #33 + “Yes” düyməsi;
Ləğv etmək üçün: *450 + “Yes” düyməsi;
SPINI (Subscriber PIN Intercept) Kod ilə Çıxış Zənglərinin İstənilən Şəkildə Bağlanması Bu servisi seçdiyiniz halda telefonunuzun çıxış zənglərini sistemdən seçilən şəkildə (beynəlxalq, mobil və s.) istədiyiniz vaxt PIN kod ilə bağlayıb-aça bilərsiniz Qeydiyyat üçün: *44+ “Yes” düyməsi;
Aktivləşdirmək üçün: *41 + “Yes” düyməsi;
Ləğv etmək üçün: *42 + “Yes” düyməsi;
CT (Call Transfer) Zəngin Yönləndirilməsi Bu servisi seçdiyiniz halda sizə gələn zəngi istədiyiniz nömrəyə yönləndirə bilərsiniz. Bunun üçün gələn zəngə cavab verdikdən sonra zəngi yönləndirmək istədiyiniz nömrəni yığmalısınız. Zəngə cavab verildikdə telefonun dəstəyini asmaq lazımdır. Sizə gələn zəng yığdığınız nömrəyə yönləndiriləcəkdir
DND (Do Not Disturb) “Narahat Etmə!” Servisi Bu servisi seçdiyiniz halda telefonunuza gələn zənglərə sistem tərəfindən anonsla zəngi qəbul etmək istəmədiyiniz bildirilir Aktivləşdirmək üçün: *76 + “Yes” düyməsi;
Ləğv etmək üçün: #76 + “Yes” düyməsi;
3WC (Three-Way Calling) Üçtərəfli Konfrans Zəng Bu servisi seçdiyiniz halda üç abunəçinin eyni anda bir-biri ilə danışmağı mümkündür. Bunun üçün əvvəlcə bir nömrə yığılır və cavab gəldikdən sonra ikinci nömrə yığılır. İkinci nömrədə cavab verdikdən sonra “Yes” düyməsinə vurulur.
PL (Preferred Language) Dil Seçimi Bu servisi seçdiyiniz halda anonslar arzu etdiyiniz dildə səslənir.
RFC (Remote Feature Control) Servislərin uzaqdan idarə olunması Bu servisi seçdiyiniz halda hər hansı başqa telefondan 5119999 nömrəsinə zəng edərək servislərinizi idarə edə bilərsiniz.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close