Xidmət haqqında

ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və VDSL (Very high data rate DSL) məlumatları yüksək sürətlə ötürən internet texnologiyalarıdır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. ADSL-dən fərqli olaraq isə VDSL texnologiyası həm asimmetrik, həm də simmetrik rejimdə çalışır. Abunəçilər bu internet texnologiyaları vasitəsilə internetə adi telefon xətləri üzərindən qoşulur. ADSL və VDSL-ə giriş bir sıra amillərdən asılıdır ki, bura yaşadığınız ərazi, mövcud telefon xətlərinin keyfiyyəti, ən yaxın telefon stansiyası ilə son istifadəçi arasındakı məsafə və s.daxildir. ADSL texnologiyasında internetə giriş üçün ATS-lə istifadəçi arasında orta məsafə 4 km-dir; VDSL texnologiyasında isə 1.3 km-ə qədərdir. Bununla belə, VDSL-dən rahat istifadə məqsədilə son avadanlığı abonentə yaxın ofislərdə və çoxmənzilli binalarda yerləşdirməklə fiziki məsafəni azaltmaq mümkündür.
Baktelecom-un abunəçiləri sürətli və etibarlı internet qoşulmasını ən sərfəli qiymətlərlə əldə edir.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close