Təlimat

İnternet xidməti istifadəçilərində texniki nasazlıqların təyin olunması və aradan qaldırılması

Modemdə ADSL və yaxud VDSL siqnalı olmadıqda (modem siqnalı almır) istifadəçi:

1. İnternet xidməti üzrə borcunun olub-olmamasını yoxlamalı;
2. 155 Çağrı Mərkəzi, yaxud yerli ATS-lə əlaqə saxlamalıdır;

Modemdə ADSL siqnalı mövcud olub, internetə qoşulma mümkün olmadıqda istifadəçi:

1. Modemə veb səhifə və İP ünvan vasitəsi ilə (misal üçün 192.168.1.1 yaxud 192.168.0.1) daxil olub, xətt göstəricilərinə baxmalı:
Siqnalın sönməsi (Line Attenuation, Downlink)
20 dB-ə qədər – xətt əladır
20 dB-dən 40 dB-ə qədər – xətt işləkdir
40 dB-dən 50 dB-ə qədər – qırılmalar mümkündür
50 dB-dən 60 dB-ə qədər – sinxronizasiya tez-tez itir
60 dB-dən yuxarı – avadanlıq işləmir

Səsin səviyyəsi (dB 1mWt nisbətən yükün müqaviməti 600 Om olduqda, Downlink)
-65 dBm-dən -51 dBm-ə qədər – xətt əladır
-50 dBm-dən -36 dBm-ə qədər – xətt işləkdir
-35 dBm-dən -20 dBm-ə qədər – xətdə qırılmalar mümkündür
-19 dBm-dən yuxarı – avadanlığın işləməsi mümkün deyil

SN Margin (AKA Signal, Noise Margin və ya Signal-to-Noise Ratio SNR, Downlink)
7 dB-ə qədər – xətt çox pisdir, sinxronlaşma ilə problemlər yaşana bilər
7 dB-dən 11 dB-ə qədər – qırılmalar mümkündür
11 dB-dən 20 dB-ə qədər – xətt yaxşıdır, sinxronlaşmada problem ola bilməz
20 dB-dən 29 dB-ə qədər – çox yaxşı xətdir
29 dB-dən yuxarı – xətt əladır
Xəttin göstəriciləri normaya uyğun deyilsə, 155 Çağrı Mərkəzi yaxud müvafiq ATS ilə əlaqə saxlanılmalı və ATS tərəfindən xətt göstəriciləri normaya çatdırılmalıdır.

2. Xəttin göstəriciləri normaya uyğun olduqda, modemin ayarları nəzərdən keçirilərək aşağıdakı parametrlər yoxlanmalıdır:
a) VPI və VCI-nin doğru seçilib-seçilmədiyi;
b) Modemin PPPoE rejimində ayarlanıb-ayarlanmadığı;
c) İstifadəçinin adı və şifrəsinin dəqiq yazılıb-yazılmadığı;

3. Yuxarıda sadalanan yoxlamalardan sonra modem PPPoE rejimində internetə qoşulmazsa, modemi bridc (Bridge) rejiminə keçirib, kompüterdə PPPoE bağlantını yaradaraq həmin istifadəçinin adı və şifrəsi ilə internetə qoşulmaq lazımdır:
a) Xəta (Error) 651, Xəta (Error) 619, Xəta (Error) 629 və ya Xəta (Error) 678 – qarşı tərəfdəki qurğu və ya avadanlıq vaxtında cavab vermir. Əgər xətt normaya uyğundursa, 155 Çağrı Mərkəzi, yaxud yerli ATS ilə əlaqə saxlamaq lazımdır;
b) Xəta (Error) 691 – istifadəçinin adı və yaxud şifrəsi düzgün deyil. Bu halda 155 Çağrı Mərkəzi, yaxud yerli ATS ilə əlaqə saxlamaq lazımdır;
c) Üçüncü şəxslərin istifadəçinin internetindən qanunsuz istifadəsi barədə şübhə yarandıqda 155 Çağrı Mərkəzi, yaxud yerli ATS ilə əlaqə saxlayaraq, istifadəçiyə ayrılmış şifrəni dəyişmək lazımdır.

Modem internetə qoşulur, lakin internet səhifələri açılmır:

1. Bu halda modemə qoşulmuş kompüterdə START bölməsini açıb, RUN hissəsində CMD komandasını yığıb, ENTER düyməsini vuraraq COMMAND (qara) səhifəsini açmaq lazımdır. Burada Bakinternetin DNS serverinin IP ünvanına 217.64.16.1 PING edirik. Nümunə:

C:\Users\user>ping 217.64.16.1
Ping komandasından sonra “Превышен интервал ожидания для запроса”( “Request timed out” yaxud “Yoxlama müddəti bitmişdir”). cavabı meydana çıxarsa, bu o deməkdir ki, modem ona qoşulmuş qurğuları internetə qoşmur. Bu halda modemin daxilində NAT adlanan funksiya aktivləşdirilməli, FİREWALL funksiyası isə deaktivləşdirilməlidir. Bu əməliyyatdan sonra yenidən PING komandasından istifadə edilməlidir. Cavab aşağıda göstərilən kimi olarsa
C:\Users\user>ping 217.64.16.1
Cavab 217.64.16.1: Baytların sayı=32 Vaxt=21мс TTL=63
Bu o deməkdir ki, modem Bakinternetin serverini görür və səhifələr açılmalıdır.

2. Səhifələr yenə açılmırsa, modemin İNTERFACE hissəsində LAN bölməsinə daxil oluruq, aşağı hissəsində DNS servisi avtomatik rejimdən çıxarıb manual (istifadəçi tərəfindən) daxil edilməlidir. “Bakinternet”in DNS-ləri aşağıdakılardır:
217.64.16.1
217.64.16.2
Bundan əlavə, Google şirkətinin DNS-ini əlavə etmək olar.
8.8.8.8
3. Modemin interfeys bölməsinə daxil olub, default DNS-i silib zəruri olan real DNS-in yazılmasına ehtiyac yaranır.

Modem internetə qoşulur, amma sürət zəifdir:

1. 155 Çağrı Mərkəzi, yaxud yerli ATS ilə əlaqə saxlanılmalıdır;
2. İstifadəçinin mənzilində modemə qoşulmuş qurğuların sayı dəqiqləşdirilir;
3. İstifadəçi istifadə etdiyi qurğulara baxış aparmalıdır. Bundan sonra internet trafikinə təsir göstərə biləcək proqramların avtozaqruzka vəziyyətində (startup) olub-olmaması haqda məlumat əldə edilir. Əgər bu cür proqramlar varsa, onlar deaktivləşdirilir;
4. Kompüterdən istifadə etmədiyiniz zaman, simsiz və yaxud simli rabitə əlaqəsi yaradan bağlantılardan göndərilən və qəbul edilən paket göstəriciləri diqqətlə izlənilir. Əgər istifadəçinin internetdə heç bir aktivliyi yoxdursa və paketlər arta-arta gedirsə, bu, həmin qurğunun nasazlığının göstəricisidir. Test məqsədi ilə modem dərhal simsiz və yaxud simli şəbəkədən ayrılmalıdır;
5. İstifadəçinin modeminin veb səhifəsinə daxil olub LAN bölməsində real qoşulub işləyən qurğuların fiziki ünvanlarına baxış keçirtmək lazımdır. Simsiz rabitədə istifadəçiyə məxsus olmayan qurğuların fiziki ünvanları aşkarlanarsa:
a) Simsiz şəbəkənin adı və şifrəsi dəyişdirilməlidir;
b) Modemin WPS funksiyası deaktiv edilməlidir;
c) Modemdə MAC filter funksiyası aktivləşdirilə bilər və modemə kənardan heç bir qurğunun qoşulması mümkün olmaz.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close