Təlimat

“Ictimai WiFi”dan istifadə qaydaları

“Ictimai WiFi”a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat aşağıdakı qaydada həyata keçirilir:

-> İstifadəçi mobil telefon, notebook, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelecom” şəbəkəsini seçir.

-> İstifadəçi İstifadə qaydalarını oxuyub razılaşdıqda, xanada təsdiq işarəsini qeyd edir, açılan “+994” xanasına öz mobil telefon nömrəsini yazır və “Next” düyməsini vurur. Bundan sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir.

-> İstifadəçi şifrəni “Enter code” xanasına daxil edərək, “Next” düyməsini vurur. Daha sonra yeni açılan pəncərədə “Connect” düyməsinə vuraraq, internetə qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur. İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

istifade-qaydalari

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close