Xəbərlər

“Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda minifutbol turniri başa çatıb

Noyabrın 4-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda minifutbol turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə üçüncü yer uğrunda “Azercell” və “Norm” komandaları qarşılaşıblar. Matçın sonunda sevinən tərəf “Norm” komandası olub – 2:4.

Sonra keçirilən final görüşündə “Azərconnect A” komandası ilə “Baktelekom” qarşılaşıb. Görüş “Azərconnect A” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonda fəxri kürsüdə yerə alan komandalara kubok və diplomlar təqdim olunub. Turnirdə iştirak etmiş bütün komandalara da diplomlar verilib.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close