Xidmət haqqında

Texnologiya günü-gündən daha da inkişaf etdikcə və tələblər yüksəldikcə məlumatın ötürülməsi də daha da sürətlənir. Məlumatların yüksək sürətlə ötürülməsi tələblərinə cavab vermək üçün VDSL ictimaiyyətə təqdim olundu.

VDSL (Very high data rate DSL) – verilənlərin ötürülməsi üçün olan çox yüksək sürətli DSL kanalıdır. VDSL texnologiyası səs, məlumatlar və şəkillərin artıq mövcud olan telefon xətləri üzərindən eyni zamanda ötürülməsi üçün nəzərdə tutulub. Təmiz asimmetrik DSL texnologiyası olan ADSL-dən fərqli olaraq, VDSL texnologiyası həm asimmetrik, həm də simmetrik rejimdə çalışır.

VDSL şəbəkəsi verilənlərin nisbətən yaxın məsafələrdə yüksək sürətlə ötürülməsini təmin edir. Təcrübədə bu məsafə 1.5-2 km arasıdır. Buna görə də VDSL şəbəkələri təşkilat və şirkətlər üçün daha müvafiqdir. VDSL texnologiyasında fiber optik əlaqəsinin üstünlüklərindən istifadə olunur. Son avadanlığı abonentə yaxın – ofislərdə və çoxmənzilli binalarda yerləşdirmək lokal xətti azaltmağa, bununla da yüksək sürət əldə etməyə imkan verir.

Mənə zəng edin

-dan
-dək
Close