Xidmət haqqında

Baktelecom Bakı şəhərində əhalini, dövlət və idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri stasionar, CDMA və İP telefon rabitəsi xidmətləri ilə təmin edir.
Bakteleсom şəbəkəsində mövcud olan 235 ədəd ATS-in 38 ədədi vasitəsilə Xətai Telefon Qovşağı Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində, 45 ədədi vasitəsilə Yasamal Telefon Qovşağı Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində, 29 ədədi vasitəsilə Nizami Telefon Qovşağı Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində, 40 ədədi vasitəsilə Sabunçu Telefon Qovşağı Sabunçu və Suraxanı rayonları ərazisində, 36 ədədi vasitəsilə Xəzər Telefon Qovşağı Xəzər və Pirallahı rayonları ərazisinə, 20 ədədi vasitəsilə Qaradağ Telefon Qovşağı Qaradağ rayonu ərazisinə, 25 ədədi ilə “Az-EvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində müxtəlif rabitə və digər telekommunikasiya xidmətləri təşkil edir.
Birliyin şəbəkəsində mövcud olan 235 ədəd ATS-dən 2 ədədi Bakı və Abşeron rayonunda (Rouminq ilə respublika ərazisində) simsiz telefon və qalan 233 ədədi isə simli telefon xidməti göstərir.
Baktelekom şəbəkəsinin stansiyalararası bağlantıları 100 faiz optik səviyyədə təşkil olunub. Böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 %-ə, digər stansiyalar üzrə isə 90 %-ə çatdırılıb. Birliyin şəbəkəsində nömrələrin abunəçilərə paylanması 1626 ədəd paylayıcı şkaf vasitəsilə həyata keçirilir.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close