Xidmət haqqında

IP ünvanların iki növü var: Statik və Dinamik IP ünvanlar. Statik IP istifadəçiyə internet provayder tərəfindən təyin olunan internetdəki daimi ünvandır və bu ünvan xidmətdən bütün istifadə müddətində dəyişməz olaraq qalır. Dinamik IP ünvan isə şəbəkəyə qoşulduqda avtomatik olaraq istifadəçiyə təyin olunur və məhdud zaman çərçivəsində, bir qayda olaraq, bir qoşulma seansı müddətində istifadə olunur.

Statik IP xidməti sizə nə üçün lazım ola bilər?! Statik IP vasitəsilə siz:

  • Öz serverinizi yarada;
  • Müşahidə kameralarından istifadə edə;
  • Heç bir problemsiz şəbəkə oyunları oynaya;
  • Fayl mübadilə şəbəkələri və Torrentlərdən yükləmənin sürətini artıra;
  • Uzaqda olan kompyuterinizə asanlıqla qoşula;

bilərsiniz.

Bundan başqa elə saytlar və xidmətlər var ki, istifadəçidən mütləq olaraq Statik IP tələb edir. Şübhəsizdir ki, statik ünvanın, xüsusən də şirkətlər üçün üstünlükləri çoxdur.

BTRIB-in öz müştərilərini təmin etməsi üçün geniş Statik IP bazası vardır.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close