Xidmət Haqqında

ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) məlumatları yüksək sürətlə ötürən asimmetrik texnologiyadır. Daxil olan axının sürəti ötürülən axının sürətindən yüksəkdir. Bu texnologiya məlumatların adi telefon xətləri üzərindən ötürülməsini təmin edir.

ADSL texnologiyası üzrə yüksəksürətli internetin əsas xüsusiyyətləri:

  • Böyük həcmdə məlumatları qəbul etmə imkanı verən daimi və etibarlı yüksəksürətli qoşulma;
  • Internetlə iş zamanı sərbəst telefon xətləri;

ADSL texnologiyası üzrə internet şəbəkəsinə girişi olmaq üçün abunəçiyə şəhər telefonu və ADSL modem lazım olur. BTRİB-də abunəçilər sürətli, etibarlı qoşulma və ən sərfəli qiymətlər əldə edir. ADSL-ə giriş bir sıra amillərdən asılıdır: yaşadığınız ərazi, mövcud telefon xətlərinin keyfiyyəti, ən yaxın telefon stansiyası ilə son istifadəçi arasındakı məsafə və s.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close