Xəbərlər

“Bu günə qədər heç bir abunəçini xətdən ayırmamışıq”- Açıqlama

18841

Xeberler.az portalı xəbər verir ki, senytabrın 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başladı.

Bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq.

Hazırda bu istiqamətdə görülən işlərlə bağlı BTRİB-in baş direktorunun kommersiya məsələləri üzrə müşaviri Ramil Muxtarzadə Xeberler.az-a ətraflı məlumat verib.

Qurum rəsmisi deyib ki, əvvəllər istifadəçilər göstərilən xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranırdı. Bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınırdı :

“Məsələn, ola bilər ki, istifadəçi iki aylıq məzuniyyəti ilə bağlı başqa bir yerə gedir. Əslində isifadəçi ilə operator arasındakı müqavilədə göstərilib ki, xidmətin dayandırılması üçün öncədən xəbərdarlıq edilməldir. Lakin bu məsələdə əksər vaxt problemlər yaşanır. Vətəndaş operatora xəbərdarlıq etmir və iki aylıq məzuniyyətdən qayıdanda baxır ki, 50-60 AZN borcu yaranıb. Bu da haqlı olaraq onların narazılıqına səbəb olur. Amma  bu məsələdə eyni zamanda operatorun da haqlı səbəbi var. Çünki ona xəbərdarlıq edilməyib və o da xidmətin verilməsini dayandırmayıb.  Xidmət də göstərilibsə, abunəçinin istifadə edib-etməməsi o qədər də önəm kəsb etmir. Nəticə etibariylə abunə haqqı ödənilməlidir. Bütün bu problemləri nəzərə alaraq belə bir sistem yaratdıq. Belə ki, artıq xidmət verilir, hər ayın 5-dən 5-nə ödəniş edilir. Ödəniş edilməzsə, ayın 6-da xidmətin verilməsi dayandırılır. Daha sonra abunəçi  istəsə, 25 gün ərzində ödənişi həyata keçirib, xidməti akviləşdirə bilir. “Öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq”.

Onun sözlərinə görə, yay mövsümünü nəzər alaraq bu günə qədər heç bir abunəçi xətdən ayrılmayıb.

Ramil Muxtarzadə deyib ki, hazırda əhali sistemlə bağlı məlumatlandırılır:

“ Bu günə qədər heç bir müştərini xətdən ayırmamışıq. Düşündük ki, sentyabr ayında insanlar məzuniyyətdən yeni qayıdır. Ola bilər ki, onların bu barədə məlumatı olmasın. Belə qərara gəldik ki, yeni sistemlə bağlı əhaliyə davamlı məlumatlar verək.  Hazırda  SMS bildirişlər, avtomatik şəhər telefonuna edilən anonslar və eyni zamanda telefon qovşaqlarının operatorları vasitəsi ilə bilavasitə zənglər vasitəsi ilə hər bir müştəriyə bu məlumat çatdırılır. Bu mərhələ bitdikdən sonra hər cari ilin ayın 5-nə qədər ödəniş gözlənilir, ayın 6-dan sonra xidmətin verilməsi dayandırılacaq. Həmin ayın sonuna qədər ödəniş edən abunəçi yenidən həmin xidməti bərpa edə biləcək”.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları üzrə onlayn və ödəmə terminalları vasitəsi ilə ödəniş etmək mümkündür.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close