Press Reliz

“Baktelecom” “Bakutel-2016” sərgisində ən son yeniliklərini təqdim edəcək

bakutel-poster

29 noyabr – 2 dekabr tarixində Bakı Expo Centerdə keçiriləcək “Bakutel-2016” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında sərgi iştirakçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus pavilyonda “Baktelecom”un təqdim etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklər.

“Baktelecom”un GPON texnologiyası əsasında “Üç bizimlə” məhsulu adı altında abunəçilərə eyni infrastruktur üzərindən təklif etdiyi telefon rabitəsi, internet və rəqəmsal televiziya xidməti haqqında geniş məlumat alacaqlar.

Həmçinin, sərgi ziyarətçilərinə fərdi və korporativ müştərilər üçün nəzərdə tutulan xidmətlər paketi, güzəştli tariflər haqqında dolğun informasiya təqdim olunacaq.

Sərgi çərçivəsində genişmiqyaslı sosial-iqtisadi yönümlü layihələrdən biri olan “İctimai WiFi” layihəsi üzrə həyata keçirilən işlər, şəbəkənin əhatə dairəsi və pulsuz internetdən  istifadə şərtləri barədə məlumatlar da təqdim olunacaq

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq tətbiq olunan ödənişsiz əsaslarla genişzolaqlı internet xidməti ictimai yerlərdə insanlara səmərəli istirahət üçün şərait yaradacaq.

Bundan başqa, sərgi iştirakçıları “Baktelecom”un təklif etdiyi sərfəli kampaniyalara qoşulmaq imkanı əldə edəcək. Sabit telefon xidməti istifadəçiləri ADSL İnternet xidmətinə qoşularaq ilk ay üçün ödəniş edərsə 2 servisdən (Nömrə təyinetmə, Gələn zənglərin avtomatik cavablandırılması) birini seçib bir il ödənişsiz istifadə haqqı qazanacaq.

ADSL İnternet xidmətinə qoşularaq (1 mbps, 3 mbps, 5 mbps) ilk üç ay üçün ödəniş edən abunəçi isə bu müddət ərzində ikiqat sürətdən faydalanacaq.

 

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close