Press Reliz

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Təhlükəsiz internet” layihəsinə başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə başlayır.

Məlumdur ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və sürətli inkişafı nəticəsində internet insan fəaliyyətinin bütün sahələrinə nüfuz edib. Nəhəng informasiya resursu rolunu oynayan interneti heç də hər zaman faydalı məlumat mənbəyi hesab etmək olmaz. Virtual mühitdə zərərli məlumatlarla qarşılaşmaq qaçılmazdır. Bunu nəzərə alaraq, istifadəçiləri İnternet təhlükələrindən qorumaq məqsədi ilə “Bakinternet” abunəçilərinə geniş seçim imkanları yaradan filtrləmə xidməti istifadəyə veriləcək. Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək.

BTRİB-in təqdim etdiyi xidmət nəticəsində valideynlər, azyaşlılara ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin arzuolunmaz məzmunlardan, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.
Layihə barədə daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close