Elanlar

Tender

Açıq tender 13 lot üzrə keçirilir:

Lot1– TPP və FO kabellərinin satın alınması;
Lot2– KPD-AP kabellərinin satın alınması;
Lot3– Media konvertorların, packordların, idarə olunan switch, sonlama qutularının, paçpanellərin, muftaların, TP-Link rutorun, şkafların, UTP5 kat kabelinin, UTP6 kat kabelinin, RJ-45 konnektorunun və RJ sıxan kəlbətinin satın alınması;
Lot4– Birbaşa, paylayıcı və qaz buraxmayan muftaların, qaynaq və şüşə lentlərin, polietilen və kağız gilzaların, kampaudun, asqıların, skrep, lehim, steorin, fincanın, boks, qaynaq lampasının və KRT-nin satın alınması;
Lot5– Çuqun konsolların, konsol boltunun, kronşteynlərin və anker boltunun satın alınması;
Lot6– Hopdurulmuş 6,5 metr ağac dirəklərin satın alınması;
Lot7– Dəmir-beton calağın, dəmir dirəklərin, kabel meydançalarının, hazırlayıcı şlanqların və traverslərin satın alınması;
Lot8– TRP, P-274 və PKSV naqillərinin satın alınması;
Lot9– Müxtəlif gücü olan dizel generatorların və benzoaqreqatın satın alınması;
Lot10– Kompüterlərin, printerlərin və faks aparatının satın alınması;
Lot11– ADSL testerin, simmetrik kabellərin ölçü cihazının, kabel zədə axtarışı cihazının, 3 dəlikli fiber optik sıyırıcısının, fiber optik qayçıkəsicinin, FTTH yastı kabel sıyırıcısının, dairəvi kabel örtüyü kəsicisinin, yüksək güclü kabelkəsicisinin və lifsalfetinin satın alınması;
Lot12– Sənaye və salon tipli kondisionerlərə profilaktik baxış və texniki qulluq xidmətinin satın alınması;
Lot13– kompüterlərə, printerlərə, surətçıxaranlara, fakslara texniki qulluq və təmir xidmətinin satın alınması;

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən LOT-lar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı formada təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT-lar üzrə aşağıdakı məbləğdə iştirak haqqını sifarişçinin hesablaşma hesabına köçürdükdən sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Lot1– 2000 manat
Lot2– 500 manat
Lot3– 500 manat
Lot4– 500 manat
Lot5– 500 manat
Lot6– 500 manat
Lot7– 300 manat
Lot8– 500 manat
Lot9– 750 manat
Lot10– 500 manat
Lot11– 500 manat
Lot12– 300 manat
Lot13– 250 manat

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

VÖEN: 9900044741, hesab: AZ14AZPO91015461200420100157,
bank: Azərpoçt MMC PF 1, bankın kodu: 691011, bankın VÖEN-i: 9900037711,
m/h: AZ76NABZ01350100000000094944, S.W.İ.F.T: AZPOAZ22

İştirak haqqı hər lot üzrə ayrı-ayrılıqda ödənilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib edilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və rekvizitləri;
9. Tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmrin surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
10. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
11. Digər sənədlər.
İddiaçı müxtəlif lotlarda iştirak etmək üçün müraciət edirsə, bu bənddə nəzərdə tutulmuş sənədləri hər lot üzrə ayrı-ayrılıqda hazırlayaraq, təqdim etməlidir.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə (“Əsli” və “Surəti”) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.

Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Lotlar üzrə işlər hissə-hissə 31 dekabr 2017-ci il tarixə qədər icra olunmalıdır.

Tenderdə iştirak etmək istəyənlər:
Lot 1 üzrə 06 aprel 2017-ci il saat 17:00-dək,
Lot 2, Lot 3, Lot 4, Lot 5 və Lot 6 üzrə 07 aprel 2017-ci il saat 17:00-dək,
Lot 7, Lot 8, Lot 9, Lot 10 və Lot 11 üzrə 10 aprel 2017-ci il saat 17:00-dək,
Lot 12 və Lot 13 üzrə 11 aprel 2017-ci il saat 17:00-dək
aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla).

Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

İddiaçılar tender təklifini və bank təminatını:
Lot 1 üzrə 12 aprel 2017-ci il saat 17:00-a,
Lot 2, Lot 3, Lot 4, Lot 5 və Lot 6 üzrə 13 aprel 2017-ci il saat 17:00-a,
Lot 7, Lot 8, Lot 9, Lot 10 və Lot 11 üzrə 14 aprel 2017-ci il saat 17:00-a,
Lot 12 və Lot 13 üzrə 17 aprel 2017-ci il saat 17:00-a
qədər “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru:
Lot 1 üzrə 13 aprel 2017-ci il saat 15:00-da,
Lot 2, Lot 3, Lot 4, Lot 5 və Lot 6 üzrə 14 aprel 2017-ci il saat 15:00-da,
Lot 7, Lot 8, Lot 9, Lot 10 və Lot 11 üzrə 17 aprel 2017-ci il saat 15:00-da,
Lot 12 və Lot 13 üzrə 18 aprel 2017-ci il saat 15:00-da
“Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Prosedurda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxslər:
Lot 1, Lot 2, Lot 6, Lot 7 və Lot 8 üzrə Tağıyev Xəyal Əkbər oğlu, tel: (+994 12) 598-94-00
Lot 3 və Lot 10 üzrə Qədirov Kamal İmran oğlu, tel: (+994 12) 565-55-99
Lot 4, Lot 5, Lot 12 və Lot 13 üzrə Qafarov Elxan Misir oğlu, tel: (+994 12) 493-84-99
Lot 9 üzrə Mayılov Yaşar Fərhad oğlu, tel: (+994 12) 598-15-66
Lot 11 üzrə Məmmədov Zaur Yusif oğlu, tel: (+994 12) 598-88-68

Tender Komissiyası

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close